"Qarabağ"ın rəqibi böyük hesabla uduzdu

Hazırda oxunan: "Qarabağ"ın rəqibi böyük hesabla uduzdu

97003

Fransa çempionatında 9-cu turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə "Monako" ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına üzülüblər - 1:4.

62 dəqiqə ərzində 4 qol buraxan "Qarabağ"ın rəqibi yalnız 79-cu dəqiqədə rəqib futbolçunun avtoqolu ilə təsəlli tapıb.

"Nant" 9 turdan sonra 7 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. "Qarabağ" bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO