Naxçıvanda Şahmat Olimpiadasının açılışı oldu

Naxçıvanda Şahmat Olimpiadasının açılışı oldu

Hazırda oxunan: Naxçıvanda Şahmat Olimpiadasının açılışı oldu

96947

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç Naxçıvanla bağlı xoş fikirlər səsləndirib, şahmatın inkişafı üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib.

“Burada kifayət qədər istedadlı şahmatçılar yetişir. Pandemiya ilə bağlı yaranmış problemlərdən sonra, nəhayət ki, bu gün Olimpiada üçün bir aradayıq. Gənc şahmatçılar burada özlərinə yeni dostlar qazanacaq, inkişaf edəcəklər. Bu turnirin təşkilatçılığına görə, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”, deyə o vurğulayıb.

Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 5 komanda ilə - “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan”la təmsil olunacaq. Bu gün startı veriləcək Olimpiada oktyabrın 10-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO