Cüdoçularımızdan QƏLƏBƏ - İlk gündə 6 MEDAL - FOTO 

Cüdoçularımızdan QƏLƏBƏ - İlk gündə 6 MEDAL - FOTO 

Hazırda oxunan: Cüdoçularımızdan QƏLƏBƏ - İlk gündə 6 MEDAL - FOTO 

96913

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunun ilk günündə 6 medal qazanıb.

Bizim.Media xəbər verir ki, 60 kq-da final görüşündə ölkənin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib.

Nəticədə Yelkiyev 1-ci, İsmayılov isə 2-ci yeri tutub.

66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.

73 kq-da çəki dərəcəsindəki final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib çıxıb. Mirzəyev isə gümüş medala layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO