“Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidir” - Qurban Qurbanov

“Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidir” - Qurban Qurbanov

Hazırda oxunan: “Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidir” - Qurban Qurbanov

96903

“Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan razı qaldılar. Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə qarşılaşmadan sonra baş tutan mətbut konfransında bildirib.

Q.Qurbanov bildirib ki, komandası qalib gəlsə də səhvlərə yol verib.

“İlk hissədə bir az anlaşılmazlıq olurdu. Bu da başadüşüləndir. Çünki futbolçular çoxdandır ki, bir yerdə deyildilər. Açıq oyun getdi. Bunu bəyəndim. Yaxşı komandaya qarşı oynadıq. Stadionda ab-hava yaxşı idi. “Neftçi”yə uğurlar arzulayıram. Qalib gəlsək də, çoxlu səhvə yol verdik. Bunun üzərində işləyəcəyik.

Bəzən belə də olur ki, çox qol epizodu yaradırsan, amma yararlana bilmirsən. Rəqibi və oyunun gərginliyini də nəzərə almaq lazımdır. Digər epizodlardan istifadə etdik. Bunların üzərində işləyirik. Hər bir oyunçu qol vurmaq imkanı varsa, bundan istifadə etməlidir”-, deyə baş məşqçi bildirib.

Xatırladaq ki, Misli Premyer Liqasında 8-ci turun oyunları çərçivəsində “Qarabağ” evdə “Neftçi” ilə qarşılaşıb. Oyun "Qarabağ"ın 3:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO