PSJ-nin idman direktoru Neymar və Kilian Mbappeylə bağlı YANILDIĞINI etiraf etdi  

PSJ-nin idman direktoru Neymar və Kilian Mbappeylə bağlı YANILDIĞINI etiraf etdi  

Hazırda oxunan: PSJ-nin idman direktoru Neymar və Kilian Mbappeylə bağlı YANILDIĞINI etiraf etdi  

96754

PSJ-nin idman direktoru Luis Kampos  klubun 2017-ci ildə braziliyalı Neymar və fransız Kilian Mbappeni bir araya gətirməklə səhv etdiyini deyib.

Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, o bildirib: “Keçmişdə eyni mövqeyə iki futbolçu transfer etməklə səhv etmişdik.

Ən yaxşı transfer pəncərəmiz yox idi, çünki PSJ-nin əsas mövqelərində oyunçuları çatışmır, lakin digər mövqelərdə üst-üstə düşən oyunçular var”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya alınıb.Bu transfer futbol tarixində rekord olaraq qalmaqdadır. Mbappe 2017-ci ilin yayında  "Monako"dan icarəyə götürülüb və növbəti il 180 milyon avroya alınıb.
Hər iki futbolçu çoxlu sayda qollar vursa da, komandanın ilk dəfə Çempionlar Liqasını qazanmasına kömək edə bilməyib.

Sözügedən futbolçular arasında gərginlik olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO