\

\"Olimpiakos\" qapıçı transferini rəsmiləşdirdi

Hazırda oxunan: \"Olimpiakos\" qapıçı transferini rəsmiləşdirdi

96577

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos"  PAOK-dan bu yay azad agent kimi ayrılan qolkiper Aleksandros Pasxalakisin transferini rəsmiləşdirib. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı ilə müqavilə imzalanıb.

Lakin sözləşmənin detalları açıqlanmayıb. Pirey təmsilçisinin Aleksandrosu Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsinə görə transfer edib. 

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO