"Fənərbaxça" azarkeşlərinə QADAĞA - Derbiyə buraxılmayacaqlar 

Hazırda oxunan: "Fənərbaxça" azarkeşlərinə QADAĞA - Derbiyə buraxılmayacaqlar 

96149

Türkiyə Superliqasının 8-ci turunda keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" oyununu qonaq komandanın azarkeşləri stadiondan izləyə bilməyəcəklər.

Bizim.Media xəbər verir ki,  bu barədə "Beşiktaş" klubu açıqlama yayıb. Aparılan danışıqlardan sonra İlçe İdman Təhlükəsizlik Şurası "Fənərbaxça" fanatlarının derbidə iştirak etməməsi qərarına gəlib. Klublar isə bunun üzərində razılaşıblar.

Ona görə də "Vodafon Park" stadionunda keçiriləcək görüş üçün qonaq komanda azarkeşlərinə görə nəzərdə tutulan biletlər "Beşiktaş" tərəfdarlarına satılacaq.
Bildirilir ki, mövsümün ikinci yarısında oynanılacaq "Fənərbaxça" - "Beiktaş" matçına "Beşiktaş" fanatlarının buraxılmayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO