Kontakt linzalar məşqçini KOR etdi

Kontakt linzalar məşqçini KOR etdi

Hazırda oxunan: Kontakt linzalar məşqçini KOR etdi

95947

Məşqçi Laura Haukins kontakt linzaların yaratdığı infeksiya səbəbindən qismən kor olub. 
 
Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı məşqçi “İndependent” nəşrinə müsahibəsində məlumat verib. 
 
Belə ki,  24 yaşlı Laura Haukins Avstraliyaya səfəri zamanı kontakt linzalardan istifadə edib və gözünə düşən  infeksiya səbəbindən qismən kor olub.  
 
Məşqçinin sözlərinə görə, linzaların saxlanması və istifadəsi zamanı bütün gigiyenik qaydalara riayət edib. Haukins bildirib ki, müayinə sonrası həkimlər qadına  buynuz qişasının xorası diaqnozu qoyublar. 
 
Bir həftə xəstəxana şəraitində müalicə alan Lauranın görmə qabiliyyəti bərpa olunmayıb. Belə ki, qadın gündüzləri parlaq işıqda ümumiyyətlə görmür, gecələri isə qismən görə bilir. 
 
Hazırda xəstə tam görmə qabiliyyətini bərpa etmək üçün buynuz qişanın transplantasiyası üçün göndəriş gözləyir.  
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO