Azərbaycan millisinin yer alacağı səbət bəlli olub - AVRO-2024 

Azərbaycan millisinin yer alacağı səbət bəlli olub - AVRO-2024 

Hazırda oxunan: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub - AVRO-2024 

95749

Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət bəlli olub. 

Bizim.Media xəbər verir ki, yığma püşkatmaya 4-cü səbətdən qatılacaq. 

UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatmadığı üçün bəzi komandaların səbətləri dəqiqləşməyib. 

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (dəqiq deyil) 

2-ci səbət: Çexiya (dəqiq deyil), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (dəqiq deyil), Norveç (dəqiq deyil), Serbiya (dəqiq deyil) 

3-cü səbət: Ukrayna (dəqiq deyil), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (dəqiq deyil), İslandiya (dəqiq deyil), Finlandiya (dəqiq deyil), Albaniya (dəqiq deyil), 

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (dəqiq deyil), Kosovo (dəqiq deyil), Slovakiya (dəqiq deyil) 

5-ci səbət: Kipr (dəqiq deyil, Bolqarıstan (dəqiq deyil), Şimali İrlandiya (dəqiq deyil), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova 

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino 

Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.

Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.

Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO