Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

Hazırda oxunan: Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

95703

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turnirinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.

11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO