Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının (AVF) məlumatında bildirilib.
Məlumata görə, 27 sentyabr - Anım Günü ilə bağlı təşkil etdiyi veloyürüşə 30-dan çox qazi, qurumun nümayəndələri və milli komandanın üzvləri qatılıb.
Öncə yürüş iştirakçıları İkinci Fəxri xiyabanı ziyarət ediblər. 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Qazilər Hərbi Qənimətlər Parkını gəzib, Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursata bir daha baxıb,Vətən müharibəsində Azərbaycan hərbçilərinin qəhrəmanlığından, keçdikləri döyüş yolundan danışıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:47 / 24.09.2022
Qazilərdən ibarət veloyürüş KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qazilərdən ibarət veloyürüş KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qazilərdən ibarət veloyürüş KEÇİRİLDİ - FOTO
95595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.