"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos"un müdafiəçisi Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şardja" klubuna keçidi rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ klubunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Tərəflər arasında müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayına kimi imzalanıb.
Yunanıstan milllisinin 31 yaşlı mərkəz müdafiəçisi “Olimpiakos”a bu ilin yanvarında “Napoli”dən transfer olunmuşdu.
Onun bu komandada budəfəki çıxışı 9 ay çəkib. “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Monalos Ağdam klubu da daxil olmaqla bu yarış üçün sifariş olunmuşdu.
O, qrup mərhələsində "Nant"la (Fransa) oyunda 90 dəqiqə meydanda olub. Ümumilikdə, Manolas ötən mövsüm 14, bu mövsüm isə 8 oyunda meydana çıxıb.
Xatırladaq ki, "Olimpiakos"la "Qarabağ" arasında ilk matç oktyabrın 6-da Pireydə, cavab görüşü oktyabrın 13-ü Bakıda keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:42 / 23.09.2022
"Qarabağ"ın rəqibinin müdafiəçisi ərəb klubuna KEÇDİ
Hazırda oxunan: "Qarabağ"ın rəqibinin müdafiəçisi ərəb klubuna KEÇDİ
Hazırda oxunan: "Qarabağ"ın rəqibinin müdafiəçisi ərəb klubuna KEÇDİ
95500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.