"Qarabağ"ın rəqibi məşhur məşqçi ilə danışıqlar aparır

Hazırda oxunan: "Qarabağ"ın rəqibi məşhur məşqçi ilə danışıqlar aparır

94649

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos" PSJ-nin keçmiş baş məşqçisi Loran Blanla danışıqlar aparır .

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, fransalı mütəxəssis Yunanıstan klubunda baş məşqçi vəzifəsinə əsas namizəddir. Pirey təmsilçisi ona 2+1 illik müqavilə təklif edib.

Blanın son iş yeri bu ilin fevralında ayrııldığı Qətərin "Əl Rayyan" klubu olub.

Qeyd edək ki, “Olimpiakos” dünən  Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Karlos Korberanı istefaya göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO