Eddi İsrafilov seks videosu yaymaqda günahlandırılır

Eddi İsrafilov seks videosu yaymaqda günahlandırılır

Hazırda oxunan: Eddi İsrafilov seks videosu yaymaqda günahlandırılır

94621

İspaniyanın Bask vilayəti prokurorluğu məhkəmədən "Eybar” klubunun hücumçusu Serji Enrixi və keçmiş komanda yoldaşı Antonio Lunanı beş illik həbs cəzasına məhkum etməyi xahiş edib.

Prokurorluq futbolçuları qadının iradəsinə zidd olaraq seks videosunu çəkərək, onu ictimailəşdirməkdə günahlandırır.

"EFE” informasiya agentliyi məlumat verir ki, prokurorluq "Eybar”ın keçmiş üzvü Eddi İsrafilovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

 

Ehtimal edilir ki, görüntüləri  hazırda "Albasete” klubunun şərəfini qoruyan Eddi İsrafilov yayımlayıb. Hər üç futbolçu şəxsi həyatın məxfiliyini pozmaqda ittiham edilirlər.

Prokurorluq Enrixi və Lunanı çəkilişdə, Eddi İsrafilovu isə görüntüləri ictimailəşdirməkdə günahlandırır. Bundan əlavə, prokuror zərərçəkənə dəyən mənəvi zərərə görə futbolçulardan kompensasiya tələb edir. 

Qanuna əsasən, təqsirləndirilən şəxslərə prokurorun qərarından şikayət etmək üçün 10 gün vaxt verilir.(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO