“Qarabağ” “Real Madrid”lə eyni SİYAHIDA

“Qarabağ” “Real Madrid”lə eyni SİYAHIDA

Hazırda oxunan: “Qarabağ” “Real Madrid”lə eyni SİYAHIDA

94605

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.

Bizim.Media xəbər verir ki, 15 klubun olduğu siyahıda “Qarabağ” da yer alıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı 6 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk ediblər. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü noyabrın 9-na təxirə salınıb.

Top-5 liqalarda yalnız “Real Madrid” İspaniya La Liqasındakı 6 oyunun hamısında qalib gəlib.

Belçikada “Antverpen” (9), Şimali Makedoniyada “Struqa”, Portuqaliyada “Benfika” (7), Lüksemburqda “Düdelanj” (7), Macarıstanda “Ferentsvaroş” (6), Yunanıstanda “Panatinaikos” (5), Maltada “Birkirkara” və “Hamrun” (hər ikisi 4), Ukraynada “Dnepr-1” (3), San Marinoda “Pennarossa”, “Kosmos” və “Fiorita”, Andorrada isə “İnter Eskaldes” (2) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO