Hacı Əliyev dünya çempionatında medal qazana bilmədi

Hacı Əliyev dünya çempionatında medal qazana bilmədi

Hazırda oxunan: Hacı Əliyev dünya çempionatında medal qazana bilmədi

94470

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.

Bu gün həmçinin 97 kq-da yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO