Daha bir cüdoçumuz Avropa çempionu oldu

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Hazırda oxunan: Daha bir cüdoçumuz Avropa çempionu oldu

94362

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançımız finalda  İvan Kutenkova (Ukrayna) ipponla qalib gələrək buna nail olub.

O, bundan əvvəlki mərhələlərdə Maksims Duinovs (Latviya), İnbar Qabay (İsrail), Tornike Poladişvili (Gürcüstan) və Mizhan Raduljanı (Serbiya) məğlub edib.

Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. 

Qeyd edək ki, bundan əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO