Futzal millimizin heyətində DƏYİŞİKLİK EDİLDİ

Futzal millimizin heyətində DƏYİŞİKLİK EDİLDİ

Hazırda oxunan: Futzal millimizin heyətində DƏYİŞİKLİK EDİLDİ

94355

Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən kənarlaşdırılıb.

Buna səbəb hər iki futzalçıya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları şəhəri tərk edə bilməməsidir. Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.

Millinin heyətində bu futzalçılar yer alıb:

Rövşən Hüseynli, Ramiz Çovdarov, Felipinyo, Xəzər Ağalızadə, Fərid Ələkbərov, Oktay Rüstəmli (hamısı “Araz-Naxçıvan”), Emin Kürdov, Nurlan Mehdizadə (hər ikisi “Neftçi” İK), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Kardosa (“Bintang Timur”, İndoneziya), Cezar De Angelis Zhonatan (“Kaspiy”, Qazaxıstan).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO