UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.
İlk "5-lik"də Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.
Ən çox fanat isə "Roma" (İtaliya) - "HİK" (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Avropa Liqasının qrup mərhələsində II turun "Arsenal" (İngiltərə) - PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:15 / 17.09.2022
"Qarabağ"ın oyunu ilk "5-lik"də yer ALDI - FOTO
Hazırda oxunan: "Qarabağ"ın oyunu ilk "5-lik"də yer ALDI - FOTO
Hazırda oxunan: "Qarabağ"ın oyunu ilk "5-lik"də yer ALDI - FOTO
94280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.