"Frayburq"un hücumçusu həftənin ən yaxşısı oldu

Hazırda oxunan: "Frayburq"un hücumçusu həftənin ən yaxşısı oldu

94244

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq"un hücumçusu Mixael Qriqoriç qrup mərhələsinin 2-ci turunun ən yaxşısı seçilib.

O, səsvermədə Evander Ferreyra ("Midtülland"), Teddi Teuma ("Yunion") və Alireza Cahanbaxşı qabaqlayıb.

Qeyd edək ki, avstriyalı oyunçu "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO