2 cüdoçumuz Avropa Çempionatında yarımfinala yüksəldi

2 cüdoçumuz Avropa Çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: 2 cüdoçumuz Avropa Çempionatında yarımfinala yüksəldi

94196

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) 1/4 final qarşılaşmalarından da qalib ayrılmağı bacarıb.

Qələndərzadə qızıl xal bölümündə italiyalı Vinçentso Pelleqranı vazari ilə yenib. Hacıyev isə serbiyalı Velimir Kosoviçi 109 saniyəyə ipponla üstələyib.

Yarımfinalda onlar müvafiq olaraq, macarıstanlı Gergeli Adoryani və çexiyalı Adam Kopeçki ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO