Avropa çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazandı

Avropa çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazandı

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazandı

94040

Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan idmançısı Turan Bayramov (60 kq) yarışda finala yüksəlib.

O, yarımfinalda ukraynalı Nazar Viskovla üz-üzə gəlib. Rəqibini "ippon"la yenən Bayramov finala vəsiqə qazanıb.
İdmançımız final döyüşündə polşalı Ksaveri İqnasyakla qarşılaşıb. O,fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər.

Yeni qaydalara görə, baş xalçaya doğru gedirsə, fəndi atana cəza verirlər.

Rəqibinə ipponla uduzan T.Bayramov gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO