"Qarabağ"da zədəlilərin son durumu

Hazırda oxunan: "Qarabağ"da zədəlilərin son durumu

93994
 

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq.

 

Sfera.az  xəbər verir ki, İspaniya klubu ilə oyun öncəsi komandada zədəlilərin durumu müəyyənləşib. Vacib matçdan öncə Mahir Emreli və Dani Kintana tam hazırdı. Maksim Medvedevin durumu isə qeyri-müəyyəndi. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, Maksim meydana çıx biləcək.

 

Yeganə itki Filip Ozobiçdi. Ağır zədədən qayıdan xorvatiyalı yarımmüdafiəçi məşqlərə başlasa da, hələ oynamağa hazır deyil.

 

Sabah "Ramon Santes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO