3 boksçumuz ABŞ-da keçirilən beynəlxalq turnirin FİNALINDA 

3 boksçumuz ABŞ-da keçirilən beynəlxalq turnirin FİNALINDA 

Hazırda oxunan: 3 boksçumuz ABŞ-da keçirilən beynəlxalq turnirin FİNALINDA 

93934

ABŞ-ın Pueblo şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. 

Bizim.Media xəbər verir ki, yığmamızla yanaşı, ev sahibləri Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda 3 idmançımız finala yüksəlib. 

51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək. 

Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək. 
Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək. 

Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz 3-cü yeri tutub. 

Qeyd edək ki, turnirdə final döyüşləri sentyabrın 15-də olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO