Azərbaycanın 4 sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Coşqun Əzimov təsnifat mərhələsində Temulen Enktuya (Monqolustan) ilə üz-üzə gələcək.
79 kq-dakı Əşrəf Aşırov 1/16 finalda Erik Reinbokla (Estoniya) görüşəcək. 86 kq-dakı Abubakr Abakarov təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna), 125 kq-dakı Aydın Əhmədov eyni raundda Den Çjiveylə (Çin) qarşılaşacaq.
Bu gün həmçinin qadın güləşçi, 57 kq-da mübarizə aparan Jalə Əliyeva bürünc medal uğrunda görüşdə Georgieva Nikolova (Bolqarıstan) - Alina Akobia (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:49 / 15.09.2022
4 güləşçimiz Dünya çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: 4 güləşçimiz Dünya çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: 4 güləşçimiz Dünya çempionatında mübarizəyə başlayır
93921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.