Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Hazırda oxunan: Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

93714

Azərbaycanın daha 2 qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək.

59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin 53 kq-dakı Leyla Qurbanova və 65 kq-dakı Elis Manolova təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO