Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finalda Yuliye Leorda (Moldova) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Ancaq o, 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə qolundan xəsarət alıb.
Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün qələbə rəqibə verilib. İdmançımız zədələndiyi an 1:4 hesabı ilə geridə olub.
63 kq-dakı Elis Manolova isə 1/4 finalda çinli Jia Lonqa 3:6 hesabı ilə uduzub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:57 / 13.09.2022
İki qadın güləşçimiz 1/4 finalda məğlub oldu - Dünya çempionatı
Hazırda oxunan: İki qadın güləşçimiz 1/4 finalda məğlub oldu - Dünya çempionatı
Hazırda oxunan: İki qadın güləşçimiz 1/4 finalda məğlub oldu - Dünya çempionatı
93592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.