Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

93320

Sentyabrın 15-də 20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 2 gün davam edəcək turnir Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

Ölkə birinciliyində bütün regionlardan klub və cəmiyyətləri təmsil edən 100-dək ağırlıqqaldıran iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli idmançıların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı atletlərin yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə idmançıların müəyyən olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO