Dünya çempionatına yollanan qadın güləşçilərimiz - SİYAHI

Hazırda oxunan: Dünya çempionatına yollanan qadın güləşçilərimiz - SİYAHI

93123

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadın güləşçilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb.

Bizim.Media Güləş Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi - Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) ölkəmizi DÇ-də təmsil edəcək.

Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək.

Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO