“Kəpəz”ə avtobus almaq üçün ianə toplanılır

“Kəpəz”ə avtobus almaq üçün ianə toplanılır

Hazırda oxunan: “Kəpəz”ə avtobus almaq üçün ianə toplanılır

93076

Gəncənin “Kəpəz” klubu avtobus almaq üçün ianə toplayır.

Klubun mətbuat katibi Azad Mustafayevin Bizim.Media-nın qərb bürosuna verdiyi məlumata görə, Futbolun İnkişaf Fondu (FİF) “Kəpəz” klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq məqsədilə “Kəpəz 100k” layihəsini ərsəyə gətirib.  

Onun sözlərinə görə, layihənin məqsədi 100.000 manat ianə toplamaq və klub üçün avtobus almaqdır:  

“Hər bir “Kəpəz”i sevən azarkeşimiz üçün www.kapaz100k.az veb platformasında real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual stadion yerləşdirilib. 1 pikselin qiyməti 15 manatdır. 1, 4, 9 və 16 saydan ibarət piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

İanəçilərin fotolarından ibarət şəkil klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə vurulacaq” deyə A. Mustafayev əlavə edib.  
Məlumat üçün bildirək ki, hazırda sayt vasitəsilə təxminən 30-dan çox azarkeş müxtəlif saylarda piksellər almaqla klub üçün öz köməkliklərini göstəriblər. Onlar arasında millət vəkili, alimlər, tanınmış idmançılar, iş adamları var.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO