Dünya Çempionatı: Millimizin 3 üzvü mübarizəyə başlayır

Hazırda oxunan: Dünya Çempionatı: Millimizin 3 üzvü mübarizəyə başlayır

93060

Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.

Bizim.Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 18-dək davam edəcək mundialda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi mübarizə aparacaq.

Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.

İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) qüvvəsini sınayacaq. Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq.

Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü mübarizə aparacaq. 

Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq.
Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO