Boks yarışları üçün təsnifat sistemi TƏSDİQLƏNDİ

Boks yarışları üçün təsnifat sistemi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Boks yarışları üçün təsnifat sistemi TƏSDİQLƏNDİ

92995

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün boks yarışlarının təsnifat sistemini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, əvvəlki ilə müqayisədə yeni sistemdə bəzi qaydalar sadələşdirilib.

2023-cü ildə təşkil olunacaq Panamerika Oyunları, III Avropa Oyunları, Sakit Okean Oyunları və Asiya Oyunları olimpiadaya lisenziya xarakteri daşıyacaq. Həmçinin, gələn il Qananın paytaxtı Akkrada keçiriləcək Afrika Oyunlarının da bu siyahıya əlavə olunması üçün müzakirələr aparılır.
IOC kontinental mərhələdən sonra 2024-cü ildə iki Dünya Təsnifat Yarışı təşkil etmək istəyir ki, qalan kvotaların sahibləri həmin vaxt bəlli olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO