Paralimpiya Komitəsində milli komanda ilə görüş - FOTO

Paralimpiya Komitəsində milli komanda ilə görüş - FOTO

Hazırda oxunan: Paralimpiya Komitəsində milli komanda ilə görüş - FOTO

92848

Milli Paralimpiya Komitəsində (MPK) İtaliyanın Kalyari şəhərindəki paracüdo üzrə Avropa çempionatında iştirak etmiş milli komanda üzvləri ilə görüş keçirilib.

MPK-dan Bizim.Media-ya verilən məlumat görə, tədbirdə qurumun prezidenti İlqar Rəhimov yarışın komanda üçün uğurlu olduğunu bildirib və yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib.

Növbəti Yay Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan Komitə prezidenti qeyd edib ki, Azərbaycan paracüdoçuları Tokioda medal sayı və əyarına görə birinci olub. Onun sözlərinə görə, əsas məqsəd qarşıdan gələn yarışlara səmərəli hazırlaşaraq, orada da parlaq qələbələr əldə edib, Paris-2024 Yay Paralimpiya Oyunlarında Tokiodakı nəticəni təkrarlamaqdır.
Eyni zamanda İ.Rəhimov bu ilin noyabrında Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının idmançılar üçün böyük sınaq olduğunu, doğma divarlar arasında yüksək nəticələr əldə ediləcəyinə əminliyini bildirib.

Sonda Tokio paralimpiadasının qalibi olan paracüdoçulara Təşkilat Komitəsinin hədiyə etdiyi "backnumber"lər təqdim olunub.

Qeyd edək ki, görüşdə MPK-nın vitse-prezidenti İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev, "2022 IBSA Judo World Championships" Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov, Komitənin icraçı direktorunun müavini-idman şöbəsinin müdiri Rauf Mürsəlov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov və Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalib paracüdoçuları iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO