“Çempionlar Liqasında oynamaq istəyirdik, alınmadı” – Qurban Qurbanov

“Çempionlar Liqasında oynamaq istəyirdik, alınmadı” – Qurban Qurbanov

Hazırda oxunan: “Çempionlar Liqasında oynamaq istəyirdik, alınmadı” – Qurban Qurbanov

92390

Azərbaycanın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Frayburq”la Avropa Futbol Liqasının qrup mərhələsinin ilk oyunu üçün Almaniyaya uçmazdan əvvəl hava limanında jurnalistlər üçün brifinq keçirib.

Bizim.Media xəbər verir ki, o, qrup mərhələsinə düşmək üçün çox səyin göstərildiyini deyib.

“Düzdür, Çempionlar Liqasında oynamaq istəyirdik, amma alınmadı. Buna baxmayaraq futbolçularım böyük təcrübə qazandılar. İndi biz Avropa Liqasının qrup mərhələsini gözləyirik”, deyə o, qeyd edib.
Qurban Qurbanov rəqibin güclü olduğunu etiraf edib:

“Ancaq hər oyunda ən yaxşısını etməyə çalışacağıq. Lazım gələrsə, matç ərzində dəyişiklik edəcəyik. İlk görüş rəqibi daha yaxından tanımaq imkanı verəcək”.

O, futbolçuların yaxşı oyun göstərməyə hazır olduqlarını deyib:

“Heyətdə ciddi itki yoxdur. Maksim Medvedev də özünü yaxşı hiss edir, bizimlə məşqə başlayıb. Ola bilər ki, əsas heyətdə yer almasın, amma digər oyunlara hazırlaşır”.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO