Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ilk qələbəsini qazandı

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ilk qələbəsini qazandı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ilk qələbəsini qazandı

92290

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərində keçirilən "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.

37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO