Nazir Mədət Quliyev velosiped sürdü - FOTO

Nazir Mədət Quliyev velosiped sürdü - FOTO

Hazırda oxunan: Nazir Mədət Quliyev velosiped sürdü - FOTO

92000

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev elit/U-23 yığma komandamızın üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla birgə bir sıra məsələlər haqda danışıb.

Bizim.Media federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı velosipedçinin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.

M.Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib, onunla birlikdə veloyürüşdə iştirak edib.

Qeyd edək ki, federasiya prezidentinin velosipedçiləri hər zaman xüsusi diqqətdə saxlaması, milli komandanın üzvləri ilə fərdi şəkildə görüşməsi idmançılarda böyük ruh yüksəkliyi yaradır və onlar daha da səylə hazırlaşaraq yüksək nəticələr qazanmağa çalışırlar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO