“Qarabağ”ın legioneri zədəli olmasını təkzib edib

“Qarabağ”ın legioneri zədəli olmasını təkzib edib

Hazırda oxunan: “Qarabağ”ın legioneri zədəli olmasını təkzib edib

91982
 

"Zədəli olmağımla bağlı Bolqarıstan yığmasının heyətində kənar qalacağım barədə yazılanlar həqiqətdən uzaqdır”. 

Sfera.az bildirir ki, bunu Bolqarıstan millisinin və "Qarabağ”ın futbolçusu Simeon Slavçev deyib.

Yığmasının noyabrda keçiriləcək oyunlarına çağırılan yarımmüdafiəçi zədə səbəbindən millidən kənar qalacağı ilə bağlı iddiaları əsassız sayıb: "Əzələ ilə bağlı kiçik problem var idi. 5 gün müalicə olundum və artıq normal şəkildə məşqlərdə iştirak edirəm. Milli komandanın oyunlarına tam hazıram və bu qarşılaşmaları gözləyirəm. 15 gün yaşıl meydanlardan kənar qalmağım düz məlumat deyil. Bunu qəti şəkildə təkzib edirəm”.

 

Qeyd edək ki, S.Slavçevin şərəfini qoruduğu Bolqarıstan yığması noyabrın 14-də Paraqvayla yoxlama oyunu keçirəcək, üç gün sonra AVRO-2020-nin seçmə mərhələsində Çexiya ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO