Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə BAŞLAYIR

Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə BAŞLAYIR

Hazırda oxunan: Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə BAŞLAYIR

91822

Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində ikinci günə start verilib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın daha 9 idmançısı mübarizəyə qoşulur.

Kişilərin kumite yarışında 84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayev, 84 kq-dan yuxarı çəkidə Asiman Qurbanlı ilə Murad Hacızadə tatamiyə çıxacaq.
Qadınlardan isə Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) qüvvəsini sınayacaq.

Fərdi kata yarışında isə Roman Heydərov artıq mübarizəyə başlayıb.

Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb. İlk yarış günündə Əminağa Quliyev (60 kq) finala yüksəlib. Tural Ağalarzadə (66 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Medal qarşılaşmaları sentyabrın 4-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO