Voleybol yığmamızın final öncəsi SON SINAĞI  

Voleybol yığmamızın final öncəsi SON SINAĞI  

Hazırda oxunan: Voleybol yığmamızın final öncəsi SON SINAĞI  

91815

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək. 

Bizim.Media xəbər verir ki, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək. 

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksələcək. 
AVRO-2023, seçmə mərhələ 

D qrupu (qadınlar) 

3 sentyabr 

18:00. Azərbaycan - Sloveniya 

Bakı, Voleybol Mərkəzi 

Qeyd edək ki, ilk 3 turdan sonra Azərbaycan yığması 9 xalla qrupda liderdir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qrupda ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO