Monteneqronun Herseq-Novi şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqası davam edir.
Bizim.Media xəbər verir ki, sayca beşinci dəfə keçirilən ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son çempionu “Beerbaşa” komandası təmsil edir.
Təmsilçimiz ötən gün keçiriləcək ilk turun oyununda Çexiya komandası “La Plate de Cünde Praha” ilə mübarizə aparıb və 1:2 hesabıyla uduzub.
Bu gün isə “Beerbaşa” Bolqarıstan təmsilçisi “DXC Technology” ilə üz-üzə gəlib və 5:1 hesablı qələbəyə sevinib. Nəticədə bu komanda avrokuboklarda ilk qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.
“Beerbaşa” sabah baş tutacaq son turun matçında Rumıniya “AEK Oradea”sı ilə qarşılaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:55 / 02.09.2022
Azərbaycan minifutbolunda BİR İLK
Hazırda oxunan: Azərbaycan minifutbolunda BİR İLK
Hazırda oxunan: Azərbaycan minifutbolunda BİR İLK
91637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.