Azərbaycan klubları avrokubok oyunlarını evdə keçirəcək

Azərbaycan klubları avrokubok oyunlarını evdə keçirəcək

Hazırda oxunan: Azərbaycan klubları avrokubok oyunlarını evdə keçirəcək

91552

Azərbaycan klublarının voleybol üzrə avrokuboklarda keçirəcəyi oyunların vaxtı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, 2022/23 mövsümündə ölkəmizi təmsil edəcək “Murov” və “Azərreyl” ilk rəqibləri ilə hər iki qarşılaşmanı Bakıda keçirəcək. 

Kişilər arasında Azərbaycan çempionu “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.
Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.

Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu da mübarizəyə 1/32 finaldan başlayacaq.

Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə görüşəcək. Noyabrın 29-da və 30-dakı oyunlar da Bakı İdman Sarayında təşkil olunacaq. Hər iki matç saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO