Avropa çempionatı: Qadın şahmatçılarımızdan TARİXİ QƏLƏBƏ

Avropa çempionatı: Qadın şahmatçılarımızdan TARİXİ QƏLƏBƏ

Hazırda oxunan: Avropa çempionatı: Qadın şahmatçılarımızdan TARİXİ QƏLƏBƏ

91426

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanmaqla tarixi uğura imza atıb.

Bizim.Media xəbər verir ki, Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - 11 turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.

Ülviyyə Fətəliyeva isə son turda "ağlar"la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlubiyyətə uğradıb.
Yekunda hər iki şahmatçı xalını 8-ə çatdırıb. Əlavə göstəricilərə görə Günay gümüş, Ülviyyə bürünc medal qazanıb. 

Ümumilikdə 123 şahmatçının iştirak etdiyi yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub. Qeyd edək ki, indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO