Yığmamızın həkimi təyyarədə halı pisləşən sərnişini xilas etdi

Yığmamızın həkimi təyyarədə halı pisləşən sərnişini xilas etdi

Hazırda oxunan: Yığmamızın həkimi təyyarədə halı pisləşən sərnişini xilas etdi

91009

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Bakı-İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.

Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir.

Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.
Həkim sərnişindən təcili ürəyini kardioqram etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO