15 boksçumuz beynəlxalq turnirdə mübarizə aparacaq

15 boksçumuz beynəlxalq turnirdə mübarizə aparacaq

Hazırda oxunan: 15 boksçumuz beynəlxalq turnirdə mübarizə aparacaq

90930

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma avqustun 30-dan sentyabrın 3-dək Aktauda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Yarışda məşqçilər Ceyhun Abiyev və İlham Əlimzanov Həsən Məlikov (48 kq), Rüfət Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maksud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Fuad Tarverdi (60 kq), Ruslan Rüstəmov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Niyaməddin Allahverdiyev, Rəşid Həsənov (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Rasim Çobanlı (hər ikisi 75 kq), Fərid Qəribov (80 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimova (92 kq) şans verəcək.

Turnirin hakimləri sırasında azərbaycanlı referi Etibar Alıyev də yer alacaq.

Qeyd edək ki, milli komanda sentyabrın 5-də Bakıya qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO