Dünya çempionatında zədələnən cüdoçumuz mükafatlandırıldı

Dünya çempionatında zədələnən cüdoçumuz mükafatlandırıldı

Hazırda oxunan: Dünya çempionatında zədələnən cüdoçumuz mükafatlandırıldı

90894

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadənin durumuna aydınlıq gəlib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) Bizim.Media-ya verilən məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançının durumu ciddi deyil. Cüdoçu bu gün yığma ilə birlikdə Bakıya qayıdacaq.

Milli komandanın heyətində Ukrayna ilə yarımfinal görüşündə ayağından zədələnmiş Əlizadə tatamini xərəkdə tərk edib və xəstəxanaya aparılıb.
Təltifetmə mərasiminə də qatıla bilməyən cüdoçuya gümüş medalı ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Qeyd edək ki, Azərbaycan yığması finalda Fransaya məhz Fidan Əlizadə zədə üzündən görüşə çıxa bilmədiyi üçün qızıl xal bölümündə uduzaraq gümüş medalla kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO