İdmançımız Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını MƏHKƏMƏYƏ VERDİ

İdmançımız Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını MƏHKƏMƏYƏ VERDİ

Hazırda oxunan: İdmançımız Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını MƏHKƏMƏYƏ VERDİ

90880

Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bir-birinə qarşı iddia qaldırıb.

Bizim.Media xəbər verir ki, məsələyə sentyabrın 22-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

 
29 yaşlı idmançı dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinib. Beynəlxalq Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ittihamını irəli sürüb.

CAS isə bu il martın 22-də onu 8 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. Ağırlıqqaldıranın 15 mart 2016-cı ildən 18 yanvar 2021-ci ilədək göstərdiyi bütün nəticələr ləğv olunub. Beləliklə, Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində qazandığı qızıl medaldan məhrum edilib. Uzunmüddətli cəza ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.

Qərardan narazı qalan ağırlıqqaldıran IWF-ni cəzanın təşəbbüskarı sayaraq, CAS-a şikayət edib. Report.az-ın məlumatına görə, ITA-nın qərarını alqışlayan IWF onu məhkəməyə verib.

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO