Mingəçevirə BÖYÜK FUTBOL yenidən qayıdır - FOTO

Mingəçevirə BÖYÜK FUTBOL yenidən qayıdır - FOTO

Hazırda oxunan: Mingəçevirə BÖYÜK FUTBOL yenidən qayıdır - FOTO

90352

AFFA regionlarda futbolun dirçəlməsi üçün geniş gəaliyyətə başlayıb. Bundan sonra Azərbaycanın ən üst şəhərlərindən biri olan Mingəçevirin də üzünə Gün doğub. 9 illik failədən sonra bu şəhərə də böyük futbol ayaq açmağa başlayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Çempionatının birinci dəstəsində Mingəçevir şəhər stadionunda yerli klubla “Neftçi-2” komandası üz-üzə gələcək.

“Mingəçevir” komandası 9 illik fasilədən sonra yaşıl meydanlarda top qovmağa başlayacaq. AFFA yerli azarkeşlərin xahişini nəzərə alaraq, həvəskar liqada çıxış edən yerli “Energetik” klubunun bazasında “Mingəçevir” FK-nı yaratmağa icazə verib. 

Komandanın İdarə Heyətinin sədri Rövşən Əhmədovun Bizim.Media-ya verdiyi məlumata görə klubun rəsmi sponsoru da AFFA-dır.

Yəni, klubun formalaşması üçün ilkin yardımı federasiya özü edib:

“Amma şəhərin futbol ənənələrinin dirçəldilməsi və komandanın daha uğurlu nəticələr əldə etməsi üçün möhkəm dəstəyə ehtiyacı var. İş adamları, imkanlı şəxslərin komandaya edəcəyi yardımlar əsasında klub daha da inkişaf edə bilər”.

Rövşən Əhmədovun sözlərinə görə, komanda yeni, həm də maddi imkanların məhdud olmasına görə, heyətə hələlik ancaq yerli futbolçular çəlb olunub:

“Heyətimizə 24-25 yetənəkli futbolçu cəlb olunub. Onların 80 faizi Mingəçevir futbol məktəbinin yetirmələridir. Bununla belə Zaqatalada, MOİK və digər klublarda çıxış edən futbolçuları da komandamızın heyətinə daxil etmişik. Hazırlıq ərəfəsində “Mingəçevir” Gəncə, İmişli və Qəbələ komandaları ilə evdə və səfərdə 6 yoxlama matçı keçirib. Nəticə və müşahidəlırimizə əsasən “komandamız çempionata hazırdır” deyə bilərik”.

Təbii ki, yaxşı futbol, yaxşı meydançada oynanılır. Ona görə də 5200 azarkeş tutumlu Yaşar Məmmədzadə adın şəhər stadionu da hazır vəziyyətə gətirilib.

Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi kollektivinin iştirakı ilə stadionda abadlıq işləri aparılıb. Birliyin rəsmisi Şəhriyar Mustafayevin verdiyi məlumata görə, stadionun əsas inzibati korpusu, tribuna, komandaların və hakimlərin hazırlıq otaqları onlar üçün nəzərdə tutulmuş sanitar qovşaqlar soyunub geyinmə və yuyunma otaqları tələblərə uyğun şəkildə yenidən qurulub.

Komandanın İdarə Heyətinin sədri Rövşən Əhmədov bildirib ki, AFFA nümayəndəlıri stadiona baxış keçirib və bəzi iradlar istisna olmaqla onu çempianat üçün hazır hesab ediblər:

“Çempionat öncəsi stadionda yarımçıq qalan əsas məsələ yeni tamaşaçı oturacaqlarının quraşdırılmasıdır. Xüsusən də əsas tribuna səmtində oturacaqların quraşdırılması prosesi ləngiyir. 5200 yerlik stadiona sıradan çıxmış 2000 oturacaqla stadionu təmin etməyi AFFA öz üzərinə götürüb. Amma bugünkü matçı izləmək üçün kifayət qədər yerimiz var. Komandamıza və azarkeşlərimizə uğurlar arzulayıram”.

Zakir Abbas, Bizim.Media























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO