Azərbaycan Mahir Emrelinin simasında Çempionlar Liqasında təmsil olunacaq

Azərbaycan Mahir Emrelinin simasında Çempionlar Liqasında təmsil olunacaq

Hazırda oxunan: Azərbaycan Mahir Emrelinin simasında Çempionlar Liqasında təmsil olunacaq

90315

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, Xorvatiya çempionu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə Norveç "Bodo-Qlimt"inə qalib gəlib - 4:1. 

90 dəqiqədən sonra "Dinamo" 2:1 öndə olub, ümumilikdə isə hesab 2:2 olub. Xatırladaq ki, “Bode-Qlimt” Norveçdə 1:0 hesabı ilə qalib gəlmişdi.

Əlavə vaxtda təcrübəli xorvatlar iki qol vuraraq 4:1 hesabı ilə qalib gəliblər. Qarşıdurmanın ümumi hesabı 4:2 olub. Mahir Emreli 60-cı dəqiqədə meydana daxil olub. 117-ci dəqiqədə onun iştirakı ilə üçüncü qol vurulub. Mahir qapıçı ilə təkbətək çıxsa da onu aldada bilməyib. “Dinamo” 120-ci dəqiqədə dördüncü qolu vurub.

“Qarabağ” dünən Çexiyanın “Viktoriya”sına uduzsa da, Azərbaycan Mahir Emrelinin simasında Çempionlar Liqasında təmsil olunacaq.
Qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO