“Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayacaq – YENİLƏNİB - VİDEO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayacaq – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayacaq – YENİLƏNİB - VİDEO

90111

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub.

Bizim.Media xəbər verir ki, "Dusan Arena"da oynanılan matçda "Viktoriya"nın start heyətində Yindrjix Stanek, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Tomaş Xori, Con Moskera, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel və Libor Holik yer alıblar.

Ağdam təmsilçisinin heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov çıxıblar.
 

Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi matçda ilk hissə “Qarabağ”ın üstünlüyü ilə başa çatıb. Matçın 38-ci dəqiqəsində “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib – 1:0.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Oyunun 58-ci dəqiqəsində Yan Kopits, 73-cü dəqiqəsində isə Yan Klimentin vurduğu qollar Plzen təmsilçisini hesabda önə keçirib. Beləliklə, görüş “Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
 

00:28

Plzen təmsilçisi 2-ci topu "Qarabağ"ın qapısından keçirərək hesabı 2:1 edib.

***

Matçın 58-ci dəqiqəsində meydan sahiblərindən Yan Kopits tarazlığı bərpa edib.

***

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, "Qarabağ" Çexiyada “Viktoriya”nın qonağıdır. 

Matçın 38-ci dəqiqəsində Filip Ozobiç komandamızı hesabda önə çıxarıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk matç qolsuz heç-heçə ilə sona çatıb. Ağdam klubu bu gün uğur qazansa, tarixində 2-ci dəfə ÇL-də qrupa düşəcək (ilk dəfə 2017/18 mövsümündə). Məğlub olacaq halda isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.

Bizim.Media


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO