“Çexlər bu gün “Qarabağ”ın oyununu dağıdacaqlar” – İdman eksperti Ceyhun Əliyevdən XƏBƏRDARLIQ

“Çexlər bu gün “Qarabağ”ın oyununu dağıdacaqlar” – İdman eksperti Ceyhun Əliyevdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Çexlər bu gün “Qarabağ”ın oyununu dağıdacaqlar” – İdman eksperti Ceyhun Əliyevdən XƏBƏRDARLIQ

90078

“Qarabağ” bu gün öz tarixində ən həlledici oyunlarından birinə çıxır. Milyonlarla insanın gözü Çexiyanın Plzen şəhərindəki Doosan arenaya dikilib. Bakı vaxtı ilə 23:00-da yayımlanacaq oyunu bütün dünya azərbaycanlıları izləyəcək.

Tanınmış futbol şərhçisi Ceyhun Əliyev isə Bizim.Media-ya açıqlamasında bu həyəcanı bir az da şiddətləndirdi: 

“Rəqibin çox zəngin beynəlxalq təcrübəsi var və heyyətindəki futbolçular profissional və hazırlıqlı oyunçulardır. Səfər həyəcanı və azərkeş təzyiqinin “Qrabağ”ın oyununa hansısa formada kölgə salacağı mənə görə inandırıcı görünmür. Oyunun gedişatına gəlincə 120 dəqiqə davam edəcəyi ilə bağlı söylədiklərim hələ də qüvvədədir. Bu da ondan qaynaqlanır ki, “Victoriya” çox qapalı oyun oynayır”. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq


​​​​​​​Bir çox həmkarlarının “Frençvaroş”la oyundan cuşa gələrək söylədikləi fikirlərə isə tanınmış futbol şərhçisi bu cür reaksiya verib:

“İkinci görüşdə “Qarabağ”-ın “Victoriya”-nın qapalı oyununu açacağı ilə bağlı deyilən fikirlərə qətiyyən qatılmıram. “Victoriya Plzen” daha üst səviyyədə bir komandadır. Bunu ona görə söyləyirdilər ki, onlar “Frençvaroş”u daha güclü hesab edirdilər. Lakin futbolda daha çox hücum qurmaq daha güclü olmaq deyil. Biz futbola tam baxmalıyıq, yəni həm müdafiə, həm oyun dağıdıcılığı, həm də oyun yaradıcılığı cəhətdən. Bu baxımdan “Victoriya” “Qarabağ”ın bu mərhələdəki bütün rəqiblərindən üstündür. Həmçinin komanda keçən mövsümdə konfrans liqasının dörddəbir mərhələsinə qədər yüksəlməsi də onun gücündən xəbər verir”.

Bu günkü oyunda ilk qol buraxan tərəf Ağdam təmsilçisi olduğu təqdirdə isə ekspertin fikrincə o qolun əvəzini çıxmaq çox çətin olacaq:

“Çünki rəqib komanda demək olar ki, müdafiədə oturur və bu müdafiəni yarmaq çox çətin olacaq. Oyuna gəlincə isə çox az qol epizodu görəcəyik. Buna həmçinin qapalı və sönük azərkeş kütləsini də əlavə etsək bu baxımdan darıxdırıcı bir oyun gözlənilir. Çalışıb oyunun müqəddəratını məhz 90 dəqiqədə həll etmək lazımdır. Çünki fiziki hazırlıq baxımından rəqib bizdən üstündür. Ümid edirəm ki, Qarabağ erkən qol vuracaq. Bu zaman rəqib məcbur olub daha tez açılacaq. Amma istədiyimiz bu erkən qol vurulacaqmı?- İndiki halda şansları bərabər qiymətləndirirəm”.

Məşqçilər Qurban Qurbanov və Mixal Biletin müqayisəsinə gəlincə isə Ceyhun Əliyev bu baxımdan Doosan arenada yaradıcı və dağıdıcı oyun quruculuqlarının qarşılaşacağını söyləyib: 

“Qurban müəllim həmişə ikinci oyunu daha yaxşı keçirir, amma məsələ burasındadır ki, daha yaxşı keçirmək üçün hazırda münbit şərait yoxdur. Baş məşqçimizin tabeliyində oyunun müqəddəratını çiyinlərində daşıyacaq cəmi üç oyunçu var.

Bunlar Kadi, Zubir və Vadjedir. Bunu rəqib komandanın baş məşqçisi də yaxşı bilir. Onlar ənənəvi üsuldan istifadə edərək keçən oyunda Kadini zərərsizləşdirmişdilər. Pessimist səslənməsini istəməzdim, amma “Qarbağ”ın bu gün pleyofa qədər oynadığı qruplar arasında, ümumiyyətlə  tarixi ərzində ən çətin rəqibinə qarşı oynayacaq.
Mixal Biletə gəlincə isə o oyun quruculuğu ilə yox, oyun dağıdıcılığı ilə məşqul olacaq. Bu da futbolun bir növüdür və reallıq odur ki, həmin futbol üslubu Bakıda rəqibə uğur gətirib.

Onların başlıca məqsədi künc zərbəsi qazanmaq və cərimə meydançasında şans yaradaraq bundan yararlanmaqdır. Bir sözlə rəqib komandanın oyunçuları meydandakı qarışıqlıqdan istifadə etməyə çalışacaqlar”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO